Təsvir
Bir vərəqi doldurursan: çapa hazır hesab-faktura və təhvil-təslim aktı özü yaranır. Yekun məbləğ Azərbaycan dilində sözlə yazılır (999 milyon manata qədər). Qəpiyi rəqəmlə və ya sözlə yazmaq olar. Şirkətin rekvizitləri, müştərilər və mallar bir dəfə yazılır, sənədlərə özü düşür. ƏDV ödəyiciləri üçün ƏDV ayrıca hesablanır. Reyestrdə hər fakturanın son ödəniş tarixi, qalığı və vəziyyəti, müştərilər üzrə borc görünür. Ayrıca "Sözlə yaz" aləti ilə istənilən məbləği sözlə çevirmək olur. Qeyd: ƏDV üçün rəsmi sənəd e-taxes.gov.az-dakı elektron qaimə-fakturadır. Bu şablon ödəniş tələbi və tərəflər arasında razılaşma üçündür.
15 AZN