Məxfilik
Qurucular Xəritəsi qeydiyyatsız işləyir. Aşağıda xəritəyə əlavə olanda hansı məlumatların toplandığı, harada saxlandığı və necə silinə biləcəyi yazılıb.
Son yenilənmə: 1 oktyabr 2026
Nə toplayırıq
Formada yazdıqların: ad və ya nik, layihə adı, kateqoriya, qısa təsvir, veb sayt və sosial link, xəritədə seçdiyin yer və göstərmə dəqiqliyi.
E-poçt istəyə bağlıdır. Qeydinin təsdiq və ya rədd bildirişi və redaktə linki üçün istifadə olunur, heç yerdə açıq göstərilmir. Sponsorluq marağını işarələsən, ondan sponsorluq barədə əlaqə üçün də istifadə olunur (aşağıdakı bölməyə bax).
Sponsorluq marağı
Formada "Öz şəhərimdə sponsor olmaqla maraqlanıram" qutusunu işarələsən, e-poçt ünvanın məcburi olur. Qeyd təsdiqlənsə, bu ünvanla sənə sponsorluq barədə yaza bilərik. E-poçt başqa məqsədlə istifadə olunmur.
Qutunun işarəsi və e-poçt xəritədə və heç bir ictimai sorğuda görünmür, yalnız adminlər görür.
Silmək üçün redaktə linkini aç və qutunu götür: bundan sonra e-poçt sponsorluq üçün istifadə olunmur. E-poçtu tamamilə silmək üçün həmin səhifədə e-poçt sahəsini boşalt (qutu işarəli olmayanda mümkündür) və ya qeydi sil. Qeyd silinəndə e-poçt da bazadan silinir.
Sponsor olan tərəflərin əlaqə şəxsi, e-poçtu və daxili qeydi yalnız adminlərə görünür və ictimai göstərilmir.
Nə açıq görünür
Təsdiqlənmiş qeydin adı, layihəsi, kateqoriyası, təsviri, linkləri, rayonu və xəritədəki yeri hamıya görünür.
"Yalnız şəhər" seçsən, xəritədə dəqiq nöqtə yox, təxminən 1 km dəqiqliyində bir yer göstərilir. Dəqiq koordinat yalnız bazada qalır və heç bir ictimai sorğu ilə verilmir.
Admin təsdiq etməyənə qədər qeyd heç yerdə görünmür.
IP ünvanı
IP ünvanın saxlanmır. Spam və təkrar göndərişlərin qarşısını almaq üçün yalnız onun gizli açarla hesablanmış hash-i saxlanır. Bu hash-dən IP ünvanını bərpa etmək olmur.
Dəstək verəndə də eyni hash istifadə olunur: bir şəbəkədən bir qurucuya ən çox 3 dəstək, gündə cəmi 50 dəstək qəbul edilir. Hash dəstək qeydi ilə birlikdə bazada qalır, amma ictimai cavablarda heç vaxt göstərilmir.
Dəstək və voter_id cookie-si
Qurucuya "Dəstəklə" düyməsi ilə dəstək verə bilərsən, qeydiyyat lazım deyil. Eyni cihazdan eyni qurucuya təkrar dəstək sayılmasın deyə brauzerinə voter_id adlı cookie yazılır.
Bu cookie təsadüfi identifikator və onun imzasından ibarətdir, adın, e-poçtun və ya başqa şəxsi məlumatın orada yoxdur. Müddəti 1 ildir, yalnız serverə gedir (httpOnly) və ilk dəstəkdən sonra yazılır.
Cookie yalnız dəstəyin təkrarının qarşısını almaq üçündür. Reklam, izləmə və ya səni saytlar arasında tanımaq üçün istifadə olunmur.
Silmək üçün brauzerin ayarlarından bu saytın cookie-lərini təmizlə. Bundan sonra eyni qurucuya yenidən dəstək verə bilərsən, əvvəlki dəstək isə öz yerində qalır. Dəstəyi geri almaq üçün eyni düyməyə təkrar bas.
İctimai cavablarda kimin dəstək verdiyi göstərilmir, yalnız ümumi say görünür.
Cloudflare Turnstile
Formaların və dəstək düyməsinin botlardan qorunması üçün Cloudflare Turnstile istifadə olunur. Yoxlama görünməzdir, sənin heç nə etməyin lazım deyil.
Yoxlama zamanı Cloudflare bu texniki siqnalları emal edir: IP ünvanı, TLS barmaq izi, User-Agent başlığı, sayt açarı (sitekey) və mənşə (origin). Bunlar yalnız insanı botdan ayırmaq üçündür, reklam və ya izləmə üçün deyil.
Botlardan qorunma məqsədi ilə Cloudflare bizim adımızdan məlumat emalçısı kimi çıxış edir. Turnstile-ın bot aşkarlama imkanlarını təkmilləşdirmək məqsədi ilə isə Cloudflare özü nəzarətçidir. Ətraflı məlumat:
Cloudflare Turnstile Məxfilik Əlavəsi
Turnstile-ın işlədilməsi bizim saxladığımız məlumatlara (IP hash və s.) əlavə olaraq Cloudflare-in öz emalını əhatə edir. Bu emalla bağlı hüquqlar barədə sayt sahibinə müraciət oluna bilər: qurucularxeritesi@gmail.com
Xidmətlər
Baza və fayllar Supabase-də (Frankfurt), sayt Vercel-də (Frankfurt) işləyir.
Ünvan axtarışı Photon (komoot) xidməti ilə işləyir. Axtarış sorğun onlara bizim server vasitəsilə gedir, sənin IP ünvanın ötürülmür.
Xəritə plitələri OpenFreeMap-dən yüklənir.
Qeydini dəyişmək və silmək
Göndərişdən sonra sənə gizli redaktə linki verilir. Bu link ilə qeydini istənilən vaxt dəyişə və ya həmişəlik silə bilərsən. Linkin özü bazada saxlanmır, yalnız onun hash-i saxlanır, ona görə itirilsə bərpa etmək olmur.
Xəritə məlumatı
Xəritə və rayon sərhədləri OpenStreetMap məlumatlarından hazırlanıb: © OpenStreetMap iştirakçıları, ODbL 1.0 lisenziyası.
Əlaqə
Məlumatlarının silinməsi, düzəldilməsi və digər suallar üçün yaz: qurucularxeritesi@gmail.com